• $
  • £

DİN: Sosial şəbəkələrdə “xaricdə iş və təhsil” elanları ilə insan alveri riski artır

DİN: Sosial şəbəkələrdə “xaricdə iş və təhsil” elanları ilə insan alveri riski artır
09.02.2026 11:15

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları xaricdə iş və təhsil adı altında yayılan saxta onlayn elanlara qarşı ehtiyatlı olmağa çağırıb.

Nazirlik bildirir ki, son dövrlər sosial şəbəkələrdə yüksək maaş, sərfəli şərtlər və sürətli sənədləşmə vədləri ilə yayılan təkliflər insan alveri riski yaradır.

DİN-in Mətbuat Xidmətinin məlumatına görə, bu cür elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə və cinsi istismara məruz qalır və nəticədə insan alverinin qurbanına çevrilirlər.

Nazirlik risklərin azaldılması üçün aşağıdakı profilaktik addımları tövsiyə edir:

“152” Qaynar Xətti ilə (DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi) əlaqə saxlayaraq ödənişsiz və konfidensial məsləhət almaq;

Getmək istənilən ölkədə Azərbaycanın akkreditə olunmuş diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə yaradıb elanın həqiqiliyini dəqiqləşdirmək;

İş və ya təhsil təklifi verən şirkət və ya şəxsin lisenziyasını tələb etmək;

Əmək müqaviləsinin surətini öncədən almaq.

DİN əlavə edir ki, ölkə hüdudlarını tərk etdikdən sonra da şəxsiyyəti təsdiq edən sənədlər heç kimə verilməməli, əmək fəaliyyəti yalnız rəsmi müqavilə əsasında aparılmalı və hər hansı qanunsuzluq halında dərhal yerli polisə, eləcə də Azərbaycanın diplomatik nümayəndəliyinə və ya Konsulluğuna müraciət edilməlidir.

Nazirlik vurğulayır ki, məlumatlılıq insan alverinə qarşı ən effektiv qoruyucu mexanizmlərdən biridir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol