• $
  • £

Sabah Vardaryanın məhkəməsidir

Sabah Vardaryanın məhkəməsidir
09.02.2026 11:19

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi daxil olmaqla bir neçə ağır maddəsi üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə iclası fevralın 10-da davam etdiriləcək. Bu barədə Bakı Hərbi Məhkəməsi məlumat verib.

Məlumata görə, işə hakim Zeynal Ağayevin sədrliyi ilə, hakimlər Anar Rzayev və Camal Ramazanovun daxil olduğu məhkəmə heyəti baxır, ehtiyat hakim Günel Səmədovadır. R.Vardanyanın 2025-ci il dekabrın 30-na təyin olunmuş iclası məhkəmə heyətinin digər cinayət işi üzrə müşavirəyə getməsi səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

Rəsmi ittihama əsasən, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 30-dan çox maddəsi ilə, o cümlədən:

100.1–100.2 (təcavüzkar müharibəni planlaşdırma və aparma), 107–116 (deportasiya, təqib, işgəncə, beynəlxalq humanitar hüququn pozulması), 120 və 29,120 (qəsdən adam öldürmə və cəhd), 214 və 214-1 (terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi), 218 (cinayətkar birlik yaratma), 228, 270-1, 278, 279, 318.2 (qanunsuz silahlı birləşmələr, dövlət təhlükəsizliyi və sərhədin qanunsuz keçilməsi) üzrə ittiham olunur.

Məlumatda bildirilir ki, Ruben Vardanyan barəsində başlanmış cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

Məhkəmə prosesi Azərbaycan qanunvericiliyinə uyğun olaraq açıq şəkildə davam etdirilir və iclasların gedişi barədə əlavə məlumatın verilməsi gözlənilir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol