• $
  • £

Ötən il bələdiyyə aktları üzrə ləğv edilən torpaq sahələrinin həcmi üç dəfədən çox azalıb

Ötən il bələdiyyə aktları üzrə ləğv edilən torpaq sahələrinin həcmi üç dəfədən çox azalıb
09.02.2026 14:25

Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə dair 2025-ci il üzrə illik məruzəsinə əsasən, inzibati nəzarət tədbirləri nəticəsində qanunsuz bələdiyyə aktları üzrə ləğv edilən torpaq sahələrinin həcmi kəskin azalıb.


Hesabatda bildirilir ki, 2024-cü ildə 9 720 hektar, 2025-ci ildə isə 3 142 hektar torpaq sahəsi üzrə bələdiyyə aktları ləğv edilib. Bu, bir il ərzində ləğv edilən torpaq sahələrinin üç dəfədən çox azalması deməkdir.


2025-ci il ərzində aparılan inzibati nəzarət çərçivəsində 3 142 hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi məqsədilə bələdiyyələrə təkliflər verilib və məhkəmələrə iddialar qaldırılıb.

Nəticədə 3 121 hektar torpaq sahəsinin icarəyə, 21 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi barədə qəbul edilmiş qanunsuz qərarlar ləğv olunub.


Məruzədə qeyd edilir ki, eyni dövrdə örüş sahələrinin qanunsuz ayrılması və digər pozuntularla bağlı tədbirlər davam etdirilib, bu istiqamətdə 2 057 hektar torpaq sahəsi üzrə qanunsuz aktlar inzibati nəzarət orqanının təklifləri və məhkəmə qərarları əsasında ləğv edilib və ya dəyişdirilib.


Ədliyyə Nazirliyi bildirir ki, görülən tədbirlər bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun və nəzarətin gücləndirilməsinə, habelə qanunsuz torpaq ayrılmalarının qarşısının alınmasına xidmət edir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol