• $
  • £

Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
09.02.2026 15:28

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, görə fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, sürücülərdən xüsusilə dağlıq ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək xahiş olunur.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onları təhlükəsizlik baxımından məsuliyyətli olmağa, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyə çağırırıq".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol