• $
  • £

Deputat qaz qanununa təcili dəyişiklik çağırışı edir

Deputat qaz qanununa təcili dəyişiklik çağırışı edir
10.02.2026 11:11

Milli Məclisin deputatı Razi Nurullayev “Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik edilməsini təklif edərək, mülkiyyət sənədi olmayan vətəndaşların da evlərinə qaz çəkilməsinə icazə verilməsinin vacibliyini bildirib.

Deputatın sözlərinə görə, məsələ artıq texniki yox, sosial və humanitar xarakter daşıyır. O qeyd edib ki, bir çox yaşayış məntəqəsində qaz xətləri evlərin bilavasitə yaxınlığından keçsə də, sənədləşmə problemləri səbəbindən vətəndaşlar qazdan istifadə edə bilmir.

“Qaz göz qabağındadır, boru evin yanından keçir, amma evin içi buz kimidir. Bu nə məntiqdir? Biz vətəndaşa deyirik: sənədin yoxdur, gözlə. Bəs o insan bu vaxtadək necə yaşasın?” –  Nurullayev bildirib.

Deputat vurğulayıb ki, alternativ yanacaq imkanları da faktiki olaraq məhdudlaşdırılıb. Onun sözlərinə görə, odun tədarükünə icazə verilməməsi, ağac kəsilməsinə görə cinayət məsuliyyəti, kömürün isə yüksək qiyməti vətəndaşları çıxılmaz vəziyyətə salıb.

“Qadağa qoyuruqsa, çıxış yolu da qoymalıyıq. Qaz vermirsənsə, alternativ təqdim etməlisən. Yoxsa bu islahat deyil, laqeydlikdir”, – deputat qeyd edib.

Razi Nurullayev bildirib ki, 30–40 il ərzində formalaşmış sistemli problemlərin qısa müddətdə vətəndaşların üzərinə qoyulması nə real, nə də ədalətlidir.

Deputatın təkliflərinə görə, qaz çəkilişi üçün icra hakimiyyətinin arayışı hüquqi əsas kimi qəbul edilməlidir. Qaz olmayan ərazilərdə dövlət tərəfindən odun və kömür təminatı təşkil olunmalı və ya nəzarətli tədarükə icazə verilməlidir.

“İnsanları seçim qarşısında qoymaq olmaz: ya don, ya da qanunu poz. Bu, nə dövlətə, nə də sosial ədalət prinsipinə uyğundur”, –  deputat əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol