• $
  • £

Azərbaycanda 63%-dən çox uşaq sosial şəbəkədən istifadə edir - Rəsmi

Azərbaycanda 63%-dən çox uşaq sosial şəbəkədən istifadə edir - Rəsmi
10.02.2026 13:11

Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5%-i övladının sosial mediadan istifadə etdiyini, 36,5%-i isə istifadə etmədiyini bildirir. Sorğu mərkəzin sədri deputat Zahid Oruc tərəfindən Milli Məclisdə təqdim edilib.

Uşaqların ən çox istifadə etdiyi sosial media platformaları aşağıdakı sıralamaya malikdir:

YouTube: 69,1%, WhatsApp: 47,9%, TikTok: 33,0%. 

Orta və aşağı səviyyədə istifadə olunan platformalar: Instagram (19,1%), Snapchat (9,6%), Facebook (8,5%), Telegram (5,3%), X/Twitter (2,1%).

Gündəlik istifadə müddəti üzrə statistik göstəricilər belədir:

5 saat və daha çox: 18,1%, 3–4 saat: 24,5%, 1–2 saat: 31,9%, 1 saatdan az: 22,3%

Sorğuda iştirak edən şagirdlərin yalnız 10,5%-i son 3 ildə məktəb psixoloquna müraciət edib və fayda görüb. 86,4%-i ehtiyac duymadığı üçün müraciət etməyib.

“Uşaq hüquqları haqqında” qanun barədə məlumatlılıq səviyyəsi 52,6%, məlumatı olmayanlar isə 47,4% təşkil edir. Məktəblərdə uşaqların hüquqları ilə bağlı tədris haqqında məlumat verənlərin faizi 62,2%, əks mövqedə olanlar isə 29,7%-dir.

Uşaqların müdafiəsi üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti barədə məlumatlılıq səviyyəsi 48,6%, məlumatı olmayanlar isə 51,4%-dür.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol