• $
  • £

Vətəndaşlar sabit tarif üçün hər dəfə 1 manat çıxıldığını iddia edir - Rəsmi açıqlama

Vətəndaşlar sabit tarif üçün hər dəfə 1 manat çıxıldığını iddia edir - Rəsmi açıqlama
11.02.2026 09:15

Vətəndaşlar ay ərzində bir neçə dəfə balansına vəsait yüklədikdə hər ödəniş zamanı hesabından ayrıca 1 manat çıxıldığını iddia edirlər. Bu barədə sosial şəbəkələrdə şikayət qruplarında məlumat paylaşılıb. 

Azərbaycanda yeni qərara görə kommunal xidmətlər üçün istifadədən asılı olmayaraq vətəndaşların hesabından aylıq 1 manat vəsait tutulur. 

Bəzi vətəndaşlar isə hesabından 2 manat tutulduğunu iddia edib. 

“Artıq neçənci dəfədir ki, ay ərzində bir neçə dəfə ödəniş etmişəmsə, hamısında balansa yüklədiyim vəsaitdən 1 manat tutulur”, – şikayətçi bildirib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən anews.az-a bildirib ki, qərar yanvardan qüvvəyə mindiyi üçün bəzi vətəndaşlardan bu məbləğ yanvarın sonu və fevralın əvvəli çıxdığı üçün vətəndaşlarda çaşqınlıq yaradıb. Növbəti aydan bu məbləğ hər ayın əvvəlində bir dəfə çıxılacaq.  Qurum rəsmisi bildirib ki, sabit tarif üçün çıxılan bir manatla bağlı hər hansı artıq ödəniş çıxılması halı yoxdur. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol