• $
  • £

Süni intelektlə bağlı ölkənin daxili və xarici siyasəti müəyyənləşib - AMEA-nın vitse prezidenti

Süni intelektlə bağlı ölkənin daxili və xarici siyasəti müəyyənləşib - AMEA-nın vitse prezidenti
11.02.2026 11:51

 

Ölkə daxilində süni intellekt istiqamətində müxtəlif yanaşmalar mövcud olsa da, artıq bu sahədə Azərbaycanın vahid strateji baxışı formalaşıb. Bunu AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev  "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.


Onun sözlərinə görə, hazırda süni intellektlə bağlı Azərbaycanın həm daxili, həm də xarici siyasət xətti müəyyənləşdirilib və bu istiqamət dövlətin uzunmüddətli inkişaf prioritetləri sırasında yer alır.

Əliquliyev vurğulayıb ki, süni intellekt texnologiyalarının tətbiqi ölkənin iqtisadi, elmi və texnoloji potensialının gücləndirilməsinə xidmət etməlidir.

 Bununla yanaşı, rəqəmsal transformasiya prosesində vətəndaşların hüquq və azadlıqlarının qorunması əsas prinsip kimi saxlanılmalıdır.

AMEA rəsmisinin fikrincə, süni intellekt yalnız innovasiya və inkişaf aləti deyil, həm də milli təhlükəsizlik, informasiya suverenliyi və etik normaların qorunması baxımından strateji əhəmiyyət daşıyır.

O qeyd edib ki, dövlət siyasəti çərçivəsində süni intellekt sahəsində elmi tədqiqatların genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və milli normativ-hüquqi bazanın təkmilləşdirilməsi prioritet istiqamətlərdəndir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol