• $
  • £

Ceyhun Xəlilov: Öz texnologiyamızı yaratmalıyıq

Ceyhun Xəlilov: Öz texnologiyamızı yaratmalıyıq
11.02.2026 12:44

Azərbaycan texnologiya yarışında başqalarının sürətinə uyğunlaşmağa çalışmamalı, öz strateji yolunu müəyyən etməlidir. Bunu Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib


Onun sözlərinə görə, təqdim olunan strategiyada ən mühüm məqam məhz milli texnoloji strategiyanın qurulmasıdır.

“Əgər biz texnologiyanın sürəti ilə yarışırıqsa, bu bizim yolumuz deyil. Strategiyanı oxuduqdan sonra ən çox diqqət yetirdiyim hissə öz strategiyamızın qurulması oldu. Bu, Prezidentin uğurlu siyasətinin davamıdır. Biz öz texnologiyamızı yaratmalıyıq. Bu gün Azərbaycanda belə mütəxəssislər var və onlara imkan yaradılmalıdır”, o deyib.


Xəlilov regional təhlükəsizlik və texnologiyanın gələcək müharibələrdə roluna da toxunaraq bildirib ki, bəzi region ölkələrində texnologiyanın hərbi üstünlük aləti kimi təqdim edilməsi narahatlıq doğurur.

“2020-ci ildə Ermənistanda Armen Saksiyanın bir çıxış məni ciddi düşündürdü. Müharibəni necə qaytaracağıq sualına cavab olaraq texnologiya və elmin əsas rol oynayacağı bildirdi. Hətta qeyd olundu ki, gələcəkdə artıq əsgər əvvəlki funksiyanı daşımayacaq. Bu yanaşmanı kiçiltmək olmaz, əksinə ciddi təhlil edilməlidir”, –  o vurğulayıb.

O əlavə edib ki, konfransların formal xarakter daşımaması üçün real qərarlar və icra mexanizmləri formalaşdırılmalıdır.

“Əgər hərəmiz bir çıxış edib davam edəcəyiksə, bu konfrans formal xarakter daşıyacaq. Qərara gəlməliyik. Problemin kökü alimlərə borclu olmağımız deyil, yeni texnologiyanı real istifadə edən insanlara imkan yaratmağımızdır”, - o əlavə edib.

Xəlilov silahlanmaya yönəlməyin uzunmüddətli perspektivdə siyasi risklər yarada biləcəyini bildirərək daha geniş baxış təklif edib.

“Mən təklif edirəm ki, 50 ili qabağa baxaraq ‘rəqəmsal vətən’ anlayışını gündəmə gətirək. Rəqəmsallaşma ilə süni intellekti qarışdırırıq. Bu sahələr üzrə ixtisaslaşmış mütəxəssislər yetişdirməliyik. Əsas məsələ qərarın qəbulu deyil, onun icrasıdır”, - Xəlilov bildirib.

O, bu mövzuların Milli Məclis səviyyəsində müzakirəyə çıxarılmasının vacibliyini də vurğulayıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Cəmiyyət 21:09
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Ağdamda avtomobillər toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 19:48
Ağdamda avtomobillər toqquşub, ölən və yaralananlar var
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Cəmiyyət 19:03
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
Cəmiyyət 18:46
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
“Azeronline”a yeni Baş müdir təyin edilir
Cəmiyyət 18:33
“Azeronline”a yeni Baş müdir təyin edilir
257 nömrəli məktəbdə zəhərlənmə olub? – RƏSMİ AÇIQLAMA
Cəmiyyət 18:30
257 nömrəli məktəbdə zəhərlənmə olub? – RƏSMİ AÇIQLAMA
30 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 18:08
30 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Cəmiyyət 17:44
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib

Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 17:31
Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol