• $
  • £

Azərbaycanda kondensat hasilatı azalıb

Azərbaycanda kondensat hasilatı azalıb
11.02.2026 15:50

Azərbaycanda 2025-ci ildə kondensat hasilatı 4 milyon 911,88 min ton təşkil edib. Bu, 2024-cü illə müqayisədə 7,1 % azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkənin ümumi neft hasilatında kondensatın payı 17,7 %, xam neftin payı isə 82,3 % olub. Neft hasilatı 22 milyon 767,77 min ton təşkil edib ki, bu da illik müqayisədə 4,2 % azalmadır.

Daha əvvəl açıqlanan rəsmi göstəricilərə əsasən, Azərbaycanda 2025-ci ildə neft hasilatı (kondensatla birlikdə) 27 milyon 679,65 min ton olub. Bu da 2024-cü illə müqayisədə 4,7 % azalma deməkdir.

Azərbaycanda hasil edilən kondensatın əsas hissəsi “Şahdəniz” yatağının payına düşür və məhsul tam həcmdə Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə ixrac olunur. Kondensat hasilatına 2023-cü ilin iyulunda istismara verilmiş “Abşeron” qaz-kondensat yatağı, eləcə də “Ümid” yatağı (“Ümid–Babək” bloku) da töhfə verir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol