• $
  • £

Ötən il yeniyetmələrə siqaret satanların sayı açıqlanıb

Ötən il yeniyetmələrə siqaret satanların sayı açıqlanıb
11.02.2026 16:44

2025-ci il ərzində yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satılması ilə bağlı 1633 fakt aşkarlanıb və obyekt sahibləri barəsində inzibati tədbirlər görülüb. Bu barədə Daxili İşlər Nazirliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Aşkar edilmiş hallar üzrə inzibati protokollar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tərtib edilib.

"Obyekt sahibləri və satıcılar qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.  “Tanıyıram”, “məhəllə uşağıdır” kimi yanaşmalar hüquqi məsuliyyəti aradan qaldırmır, qanun pozuntusu aşkar edilərsə, cərimə və digər inzibati tədbirlər qaçılmazdır. Xüsusilə valideynlər övladlarının davranışlarına nəzarət etməli, onun hərəkətlərinə diqqətlə yanaşmalı, zərərli vərdişlərin fəsadları barədə onlarla maarifləndirici söhbətlər aparılmalıdır", - sorğuya cavabda qeyd olunub. 

DİN bildirir ki, yetkinlik yaşına çatmayanların sağlamlığının qorunması istiqamətində nəzarət və profilaktik tədbirlər davam etdirilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol