• $
  • £

150-dən çox məktəbə direktor təyin olunur

150-dən çox məktəbə direktor təyin olunur
11.02.2026 18:58

Ötən il keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri elan edilib.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda müsabiqədə uğur qazanmış namizədlərin direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə təyinatları yekunlaşmaq üzrədir.

İlkin nəticələrə əsasən, prosesin yekununda 100-ə yaxın namizəd vakant vəzifələrə təyin ediləcək.

Müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndirilib.

Bununla yanaşı, ötən ilin oktyabr-noyabr aylarında direktor vəzifəsi vakant olan 76 dövlət ümumi təhsil müəssisəsi üzrə müsabiqəyə start verilib. Ərizə qəbulu və emal prosesi, habelə daha öncə qiymətləndirmə nəticələri olmayan namizədlərin ixtisas üzrə biliklərinin yoxlanılması üzrə təşkil edilmiş imtahanlar artıq yekunlaşıb.

Müsahibə mərhələsinə növbəti həftə başlanılacaq. Namizədlər qaydalara uyğun şəkildə ardıcıllıq əsasında müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibənin tarix və məkanı barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə nəticələrinin elanından sonra namizədlərin seçdikləri müvafiq vakant müəssisələrə təyinatı aparılacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol