• $
  • £

Pensiya kapitalı inflyasiyaya uyğun 5,6 % artırılıb - Deputat

Pensiya kapitalı inflyasiyaya uyğun 5,6 % artırılıb - Deputat
12.02.2026 10:50

Azərbaycan Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncamına əsasən, 2026-cı il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabındakı pensiya kapitalı illik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilib. Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə məlumat verib.

Pensiya kapitalının artırılması yalnız əmək pensiyalarını deyil, həmçinin fərdi pensiya hesablarını da əhatə edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il üzrə illik inflyasiya 5,6 % təşkil edib.

Nəticədə vətəndaşların 2026-cı il yanvarın 1-nə olan pensiya kapitalı 5,6 % artırılıb. Məsələn, 40 min manat pensiya kapitalı olan vətəndaşın hesabına 2 240 manat əlavə olunaraq ümumi məbləğ 42 240 manat olub.


Pensiya kapitalının indeksləşdirilməsi yığılan vəsaitləri inflyasiyanın mənfi təsirlərindən qorumaq üçün həyata keçirilir və vəsaitlərin real dəyərinin qorunmasını təmin edir.

Bu addım vətəndaşların gələcək pensiya təminatında inflyasiya riskini azaltmaq və sosial müdafiəni gücləndirmək məqsədini daşıyır.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol