• $
  • £

Ağcabədidə 19 bıçaq yarası alan uşaq xəstəxanaya yerləşdirilib

Ağcabədidə 19 bıçaq yarası alan uşaq xəstəxanaya yerləşdirilib
12.02.2026 12:41

Ağcabədidə 19 bıçaq zərbəi ilə bıçaqlanan 7 yaşlı uşağın sağ döş qəfəsində kəskin ağrıları var. Bunu Anews.az-a açıqlamasında uşağın valideyni bildirib.

"Uşaq xəstəxanadadır. Sağ döş qəfəsində kəskin ağrıları var. Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram. Kəndçimiz olmasa, da ailəvi tanışıq. Əvvəl günahını boynuna alsa da, sonradan inkar edib. Azyaşlı olduğu üçün ona hec bir cəza verilməyəcək",- valideyn bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Yetkinlik yaşına çatmadığı üçün hec bir cəza tədbiri görülməyəcək.

Hüquqşünas Xəyal Bəşirov bildirib ki, Azərbaycan qanunvericiliyinə görə 12 yaşdan aşağı uşaqlar hüquqi baxımdan heç bir cinayətə görə məsuliyyətə cəlb olunmur.

"Azərbaycanın Cinayət Məcəlləsinə əsasən, 12–14 yaşlı uşaqlar yalnız müəyyən hallarda və xüsusi qaydalar çərçivəsində məsuliyyətə cəlb edilə bilər. 14 yaşdan yuxarı uşaqlar isə tam məsuliyyət daşımaq imkanına malikdir, lakin onların cəzaları yetkin şəxslərlə müqayisədə yüngülləşdirilmiş olur",- o vurğulayıb.

Aytac Zeynalova

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol