• $
  • £

BTC üzrə əməliyyat xərcləri 2025-ci ildə azalıb, əsaslı xərclər 2,2 dəfə artıb – bp

BTC üzrə əməliyyat xərcləri 2025-ci ildə azalıb, əsaslı xərclər 2,2 dəfə artıb – bp
12.02.2026 15:33

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzrə 2025-ci ildə əməliyyat xərcləri təxminən 131 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 10,3% azalma deməkdir. Əsaslı xərclər isə 2,2 dəfə artaraq 98 milyon dollara çatıb. Bu barədə bp şirkətinin 2025-ci ilin yekunlarına dair hesabatında bildirilir.


Hesabata əsasən, uzunluğu 1 768 kilometr olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara verildiyi vaxtdan 2025-ci ilin sonunadək ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edib ki, bu da illik müqayisədə 4,7% artım deməkdir. Bu müddət ərzində Türkiyənin Ceyhan terminalında 6 145 tanker yüklənərək dünya bazarlarına göndərilib.


2025-ci ildə BTC vasitəsilə təxminən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 6,9% azalma deməkdir. İl ərzində Ceyhan terminalında 283 tanker yüklənərək yola salınıb.


Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının neftini və “Şahdəniz” yatağının kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Qazaxıstan və Türkmənistandan, eləcə də SOCAR-ın Azərbaycanda hasil etdiyi digər həcmlərdən ibarət regional xam neft və kondensat da nəql olunur.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol