• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Sonuncu İlisu Sultanının məzarı tapıldı

Sonuncu İlisu Sultanının məzarı tapıldı
29.05.2020 10:23
XIX əsr Qafqazının məşhur hərbi-siyasi xadimi, müridizm hərəkatının liderlərindən olmuş sonuncu İlisu Sultanı, general-mayor Daniyal Sultanın məzarı Türkiyənin İstanbul şəhərində, qədim qəbiristanlıqlardan birində aşkarlanıb.Bu barədə APA-ya epiqrafik abidələrin tədqiqatı ilə məşğul olan ekspedisiyanın rəhbəri, tarixçi-etnoqraf Cahangir Soltanov məlumat verib. C. Soltanovun sözlərinə görə Daniyal Sultanın məzarı sözügedən ekspedisiyanın üzvü, Türkiyədə elmi ezamiyyətdə olan İslam hüququ üzrə doktor Əhməd Niyazov tərəfindən aşkar edilib. Bundan əvvəl də ekspedisiya üzvləri tərəfindən Daniyal Sultanın qızı, gözəlliyinə görə “Qafqazın qızılgülü” adlandırılan Kərimət xanımın məzarının dəqiq yeri müəyyənləşdirilib. Qeyd edək ki, hər iki fakt barədə indiyə qədər elmi dövriyyədə dəqiq məlumat olmayıb. C. Soltanov bildirib ki, Mahatma Qandinin “satyaqraxa” təlimindən çox qabaq Daniyal Sultan tarixi Zaqatala dairəsində zorakılığa qarşı dinc müqavimət yolları ilə mübarizənin əsasını qoyub (1869-cu il) və hazırda da aktuallığını itirməyən “Qafqaz evi” ideyasının daşıyıcısı olub.     ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Dünya 14:20
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Dünya 12:13
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Dünya 11:26
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Dünya 09:54
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Dünya 09:48
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Dünya 00:55
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Netanyahu İran xalqına müraciət edib
Dünya 00:02
Netanyahu İran xalqına müraciət edib
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Dünya 23:45
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Balıkesirdə yenidən zəlzələ olub
Dünya 23:41
Balıkesirdə yenidən zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol