• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident “Oracle”ın baş icraçı direktoru ilə görüşüb

Prezident “Oracle”ın baş icraçı direktoru ilə görüşüb
13.02.2026 22:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

Söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunulub, bu xüsusda "Oracle" korporasiyası ilə əməkdaşlığın genişləndirməsində qarşılıqlı marağın olduğu bildirilib və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulanıb.

"Oracle" şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olunub.Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç "Oracle" akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib, bu xüsusda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyətinə toxunulub. Həmin sənəddə də ölkələr arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol