• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb
14.02.2026 13:29

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.

Söhbət zamanı dövlət başçısı Armin Laşetlə görüşləri məmnunluqla xatırlanıb.

Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açılıb.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulanıb.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunulub, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulandı, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edildi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol