• $
  • £

Qeyri-filiz yataqların istismarı ilə bağlı yeni qaydalar hazırlanacaq

Qeyri-filiz yataqların istismarı ilə bağlı yeni qaydalar hazırlanacaq
17.02.2026 12:39

Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair yeni qaydalar hazırlanacaq.

Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir İdayətov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, “Yerin təki haqqında” qanuna təklif edilən dəyişikliklər çərçivəsində yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar müəyyən ediləcək. Layihədə istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən fəaliyyəti nəticəsində yaranan istehsalat tullantılarından istifadə qaydaları da əksini tapıb.

Agentlik rəhbəri qeyd edib ki, dağ-mədən tullantılarının idarə olunması üzrə vahid qaydaların formalaşdırılması zəruridir. Onun sözlərinə görə, faydalı qazıntıların hasilatı zamanı hər il ölkə üzrə yüz minlərlə ton istehsal və texnogen tullantı yaranır. Bu tullantıların böyük hissəsi sement istehsalında xammal kimi, bir qismi isə tikinti və infrastruktur layihələrində təkrar istifadə olunur.

Hazırlanacaq qaydaların əsas məqsədi tullantıların istifadəsini tənzimləmək, onların uçotu və hesabatlılığı üzrə mexanizmlərin tam tətbiqini təmin etməkdir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol