• $
  • £

BP-yə yeni vitse-prezident təyin olunub

BP-yə yeni vitse-prezident təyin olunub
27.02.2026 10:31

Nadir İmanov aprelin 1-dən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə maliyyə məsələləri üzrə vitse-prezidenti təyin edilib. Bu barədə BP məlumat yayıb. 

İmanov hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir. Yeni vəzifəsində o, AGT regionunda maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq və BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə üzrə baş vitse-prezidentin rəhbərliyi altında çalışacaq.

İmanov, hazırkı AGT vitse-prezidenti Kolin Allanı əvəz edəcək. Allan aprelin 1-dən Birləşmiş Krallığa qayıdacaq.

BP-də yerli vətəndaş olan yeddinci vitse-prezident kimi İmanov, AGT üzrə regional rəhbər heyətin üzvü olacaq. O, 30 ildən artıq planlaşdırma və kommersiya təcrübəsinə malikdir və Azərbaycan, Türkiyə, Misir və Omanda böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol