• $
  • £

Fevralda maksimal temperatur 27 dərəcə olub

Fevralda maksimal temperatur 27 dərəcə olub
02.03.2026 15:01

2026-cı ilin fevralda Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–15 dərəcə), 3 gün normadan aşağı (0–4 dərəcə), 1 gün isə norma daxilində olub. Bu barədə  Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, orta aylıq temperatur 8 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yuxarıdır: "Bakı və Abşeron yarımadasında fevral ayında maksimal temperatur fevralın 14-də 26 dərəcə isti, bölgələrdə isə (Beyləqan, Kürdəmir) fevralın 18-də 27 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında fevralın 5-də 1 dərəcə şaxta (Bakı), yüksək dağlıq ərazilərdə isə həmin gün 14 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb".

Rəis vurğulayıb ki, fevral ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb: "Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 24 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 125 faizi olmaqla Lənkəran–Astara zonasına (Astara – 119 mm) və aylıq normanın 303 faizi olmaqla Qarabağ zonasına (Tərtər – 62 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahbuzda 54 sm olub".

N.Mahmudov bildirib ki, fevral ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:45
Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Cəmiyyət 15:09
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Sumqayıtda 6 avtomobil toqquşub
Cəmiyyət 14:45
Sumqayıtda 6 avtomobil toqquşub
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Cəmiyyət 13:38
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb


General-mayor İsgəndər Allahverdiyev vəfatı edib
Cəmiyyət 13:12
General-mayor İsgəndər Allahverdiyev vəfatı edib

Şənbə günü hava necə olacaq?
Baku 2015 13:04
Şənbə günü hava necə olacaq?
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Cəmiyyət 12:41
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Cəmiyyət 12:38
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır
Cəmiyyət 11:56
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol