• $
  • £

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
04.03.2026 18:18

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.
R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Cəmiyyət 15:09
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Sumqayıtda 6 avtomobil toqquşub
Cəmiyyət 14:45
Sumqayıtda 6 avtomobil toqquşub
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Cəmiyyət 13:38
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb


General-mayor İsgəndər Allahverdiyev vəfatı edib
Cəmiyyət 13:12
General-mayor İsgəndər Allahverdiyev vəfatı edib

Şənbə günü hava necə olacaq?
Baku 2015 13:04
Şənbə günü hava necə olacaq?
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Cəmiyyət 12:41
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Cəmiyyət 12:38
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır
Cəmiyyət 11:56
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır

Tahir Gözel bu bankın rəhbəri olub
Cəmiyyət 11:42
Tahir Gözel bu bankın rəhbəri olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol