• $
  • £

Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib

Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
04.03.2026 21:58

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.

AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın ölkəyə qayıdışı təmin edilib.

Növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya əlavə təxliyə reyslərinin həyata keçirilməsi planlaşdırılır.

 

***

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.

Növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Cəmiyyət 15:09
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Sumqayıtda 6 avtomobil toqquşub
Cəmiyyət 14:45
Sumqayıtda 6 avtomobil toqquşub
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Cəmiyyət 13:38
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb


General-mayor İsgəndər Allahverdiyev vəfatı edib
Cəmiyyət 13:12
General-mayor İsgəndər Allahverdiyev vəfatı edib

Şənbə günü hava necə olacaq?
Baku 2015 13:04
Şənbə günü hava necə olacaq?
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Cəmiyyət 12:41
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Cəmiyyət 12:38
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır
Cəmiyyət 11:56
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır

Tahir Gözel bu bankın rəhbəri olub
Cəmiyyət 11:42
Tahir Gözel bu bankın rəhbəri olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol