• $
  • £

Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib

Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
04.03.2026 23:14

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.

Ziyarət zamanı Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.

Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib. Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.

Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Cəmiyyət 15:09
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Sumqayıtda 6 avtomobil toqquşub
Cəmiyyət 14:45
Sumqayıtda 6 avtomobil toqquşub
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Cəmiyyət 13:38
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb


General-mayor İsgəndər Allahverdiyev vəfatı edib
Cəmiyyət 13:12
General-mayor İsgəndər Allahverdiyev vəfatı edib

Şənbə günü hava necə olacaq?
Baku 2015 13:04
Şənbə günü hava necə olacaq?
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Cəmiyyət 12:41
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Cəmiyyət 12:38
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır
Cəmiyyət 11:56
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır

Tahir Gözel bu bankın rəhbəri olub
Cəmiyyət 11:42
Tahir Gözel bu bankın rəhbəri olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol