• $
  • £

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
04.03.2026 23:30

Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb, Azərbaycandakı dövlət-din münasibətləri və dini tolerantlıq mühitini qeyd edib. Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərini, maraq və mənafelərini müdafiə edən, İslam həmrəyliyinə mühüm töhfələr verən, islamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən dövlətdir.

Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.

Daha sonra iftar süfrəsi açılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Cəmiyyət 15:09
Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 ildə 73% artıb
Sumqayıtda 6 avtomobil toqquşub
Cəmiyyət 14:45
Sumqayıtda 6 avtomobil toqquşub
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Cəmiyyət 13:38
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb


General-mayor İsgəndər Allahverdiyev vəfatı edib
Cəmiyyət 13:12
General-mayor İsgəndər Allahverdiyev vəfatı edib

Şənbə günü hava necə olacaq?
Baku 2015 13:04
Şənbə günü hava necə olacaq?
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Cəmiyyət 12:41
Nazir müavini: Heyvandarlıq üçün 4 manat subsidiya heyvan sayının artırılmasına nəzərdə tutulmayıb
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Cəmiyyət 12:38
Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır
Cəmiyyət 11:56
Deputat: Yeni qanunlar kiçik fermerlərin sənədləşmə yükünü artırmamalıdır

Tahir Gözel bu bankın rəhbəri olub
Cəmiyyət 11:42
Tahir Gözel bu bankın rəhbəri olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol