• $
  • £

Baş Prokurorluq Naxçıvandakı hadisəyə görə cinayət işi açıb

Baş Prokurorluq Naxçıvandakı hadisəyə görə cinayət işi açıb
05.03.2026 15:47

Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.

İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb. 

Hadisə nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.

Bundan başqa, hadisə nəticəsində dörd nəfər mülki şəxs:

Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:
- 1986-cı il təvəllüdlü Vəliyeva Reyhanə Sabir qızı, 
- 1996-cı il təvəllüdlü Zülfüqarlı Zülfüqar Məmməd oğlu, 
- 1996-cı il təvəllüdlü Əsgərov Mehdi Mətləb oğlu və
- təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Cəfərov Əsəd Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

 İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hazırda cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, zərərçəkmiş şəxslərin və şahidlərin ilkin ifadələri alınıb, eləcə də, müvafiq ekspertizalar təyin edilməklə çoxsaylı istintaq hərəkətəri icra olunur.

Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır.

İbtidai istintaq çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun bütün halları obyektiv, tam və hərtərəfli şəkildə araşdırılacaq, təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin icrası təmin olunacaqdır.

Baş Prokurorluq bildirir ki, mülki əhalinin və strateji infrastruktur obyektlərinin hədəf alınması beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumatların verilməsi təmin ediləcəkdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
Cəmiyyət 21:05
Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Cəmiyyət 19:38
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
Cəmiyyət 19:00
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:58
Bu ərazidə qaz olmayacaq
Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti müsabiqə elan edilib
Cəmiyyət 18:18
Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti müsabiqə elan edilib

Dövlət Agentliyi: Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir
Cəmiyyət 17:26
Dövlət Agentliyi: Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
Cəmiyyət 16:58
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
Yoxlanılan məktəblərin 67%-də ciddi sanitar pozuntu aşkarlanıb
Cəmiyyət 16:44
Yoxlanılan məktəblərin 67%-də ciddi sanitar pozuntu aşkarlanıb

Yuriy Kamayev "Şöhrət" ordeni ilə təltif edilib
Cəmiyyət 16:39
Yuriy Kamayev "Şöhrət" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol