• $
  • €
  • ₽
  • ₺
  • £

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
09.03.2026 19:54

Meksikanın İrandakı səfirliyi fəaliyyətini bundan sonra müvəqqəti olaraq Bakıda davam etdirəcək. Bu barədə İrandan Azərbaycana təxliyə olunan Meksikanın İrandakı səfiri Guillermo Alejandro Puente Ordorica bildirib. Məlumatı  report yayıb.


Səfir jurnalistlərə açıqlamasında bildirib ki, Meksika hökuməti səfirliyin fəaliyyətinin Azərbaycan hökumətinin və ölkədəki Meksika səfirliyinin dəstəyi ilə Bakıda təşkil olunması barədə göstəriş verib.


“Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə burada yerləşdirək. Buna görə də mən və komandam buradayıq”, – deyə səfir qeyd edib.


O bildirib ki, İranda vəziyyətin mürəkkəb olması səfirliyin fəaliyyətinin müvəqqəti olaraq Bakıya köçürülməsinin əsas səbəblərindən biridir.


Səfir Azərbaycanın dost ölkə olduğunu vurğulayıb və Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlərin mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, o, İranda səfir olduğu müddətdə də Azərbaycana bir neçə dəfə səfər edib.


Guillermo Alejandro Puente Ordorica əlavə edib ki, o və komandası Bakıda fəaliyyət göstərərək İrandakı Meksika vətəndaşlarına dəstək verməyə davam edəcək və hazırkı vəziyyətin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol