• $
  • £

Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR

Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
10.03.2026 08:10

Azərbaycanda elektron siqaretlərin ölkəyə gətirilməsi, satışı və istifadəsi qadağan olunub. Müvafiq qanun artıq qəbul edilib və 2026-cı il aprelin 2-dən qüvvəyə minəcək.

Yeni qaydalar nikotinli maye ilə işləyən elektron siqaretlərin (vape cihazlarının) dövriyyəsinin məhdudlaşdırılmasını nəzərdə tutur. Qanuna əsasən bu məhsulların idxalı, satışı və istifadəsinə hüquqi məhdudiyyətlər tətbiq ediləcək.

Bu qanun tüstüsüz siqaretlər olan İQOS-a şamil edilmir. Çünki  IQOS elektron siqaret deyil. Bu cihaz fərqli texnologiya ilə işləyir və ənənəvi elektron siqaretlərdən əsaslı şəkildə seçilir.

Elektron siqaretlər (vape cihazları) xüsusi mayeni qızdıraraq onu buxara çevirən qurğulardır. Bu mayenin tərkibinə nikotin, propilen qlikol, qliserin və müxtəlif dadlandırıcı maddələr olur.

Cihaz işləyərkən maye qızdırılır və istifadəçi yaranan buxarı nəfəsə çəkir. Elektron siqaretlərdə tütün istifadə edilmir və bu cihazlar yalnız kimyəvi tərkibli maye ilə işləyir.

Bir çox ölkələrdə elektron siqaretlərin istifadəsii və xüsusilə gənclər arasında geniş yayılması ilə bağlı narahatlıqlar səbəbindən onların satışı və istifadəsi müxtəlif səviyyələrdə məhdudlaşdırılır.

IQOS isə fərqli prinsipə əsaslanır və “heat-not-burn” (yandırmadan qızdırma) texnologiyasından istifadə edir.

IQOS sistemində maye istifadə olunmur,  vape cihazlarında olduğu kimi buxar mayedən yaranmır,  xüsusi tütün çubuqları (HEETS və ya TEREA) istifadə edilir

Cihaz tütünü təxminən 300–350 dərəcə temperaturda qızdırır, lakin onu yandırmır. Bu proses nəticəsində tüstü deyil, aerozol yaranır, kül əmələ gəlmir və yanma prosesi baş vermir

Mütəxəssislərin sözlərinə görə, bu texnologiya nəticəsində klassik siqaretlərdə yaranan bir sıra zərərli maddələrin miqdarı da azalır.

Elektron siqaretlərlə IQOS arasında əsas fərqlər isə bunlardır:

Elektron siqaretlər nikotinli mayeni qızdıraraq buxar yaradır, IQOS isə real tütünü qızdırır.

Elektron siqaretlərdə tütün yoxdur, IQOS sistemində isə xüsusi hazırlanmış tütün çubuqları istifadə olunur.

Vape cihazlarında proses mayenin buxarlanmasına əsaslanır, IQOS-da isə tütün yandırılmadan qızdırılır.

Elektron siqaretlər vape texnologiyasına əsaslanır, IQOS isə “heat-not-burn” texnologiyasından istifadə edir.

Beləliklə, elektron siqaretlər və IQOS tez-tez eyni kateqoriyaya aid edilsə də, texnoloji baxımdan tam fərqli məhsullardır. Elektron siqaretlər nikotinli mayeni buxara çevirən cihazlar olduğu halda, IQOS tütünü yandırmadan qızdıran alternativ tütün məhsulu hesab olunur.

Bu səbəbdən bir çox ölkələrdə elektron siqaretlər və qızdırılan tütün sistemləri qanunvericilikdə ayrı məhsul kateqoriyaları kimi tənzimlənir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:31
Qızıl və gümüş bahalaşıb
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:21
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 10:02
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
“Azeri Light” nefti 103 dolları ötüb
Cəmiyyət 09:58
“Azeri Light” nefti 103 dolları ötüb
Bu gün Yel çərşənbəsidir
Cəmiyyət 09:00
Bu gün Yel çərşənbəsidir
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Cəmiyyət 08:10
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol