• $
  • £

MEDİA: Avropada mətbuat azadlığı ilə bağlı hesabatda Azərbaycanda mediaya dair qərəzli mülahizələr var

MEDİA: Avropada mətbuat azadlığı ilə bağlı hesabatda Azərbaycanda mediaya dair qərəzli mülahizələr var
10.03.2026 16:13

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.

Bəyanatda vurğulanıb ki, "Media haqqında" qanuna dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülüb:

"Burada əsas məqsəd Azərbaycanın informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır".

Bəyanatda qeyd olunub ki, bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir:

"Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir".

MEDİA bildirib ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilib.

"Azərbaycanda irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır. Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür".

Bununla yanaşı bəyanat müəllifləri qeyd ediblər ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.

Agentlik bildirib ki, Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülüb:

"Həmçinin informasiya agentliklərinin mahiyyət etibarilə yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyəti diqqətə alınıb. Hesabatda istinad olunan Azərbaycanda diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilib. Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Siyasət 22:12
Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Siyasət 17:07
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Siyasət 16:50
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
Siyasət 14:40
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Siyasət 23:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
Siyasət 20:38
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Siyasət 19:35
Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 19:04
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol