• $
  • £

Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək

Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
14.03.2026 12:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçiriləcək.

ƏƏSMN-dən verilən məlumata görə, aktiv məşğulluq tədbiri martın 16-da saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçiriləcək.

Yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Bildirilib ki, əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
Cəmiyyət 11:12
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
Cəmiyyət 10:57
Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Cəmiyyət 10:36
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol