• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan deputatları Rusiyada Dövlət Dumasına seçkiləri müşahidə edəcək

Azərbaycan deputatları Rusiyada Dövlət Dumasına seçkiləri müşahidə edəcək
15.09.2026 16:26

 

 Azərbaycan deputatlarının Rusiyada keçiriləcək Dövlət Dumasına seçkilərin monitorinqində iştirak edəcəyi gözlənilir. Milli Məclisin mətbuat xidmətindən Anews.az-a bildirilib ki, seçkilərdə iştirak edəcək deputatların siyahısı yaxın günlərdə açıqlanacaq.

Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşdə Azərbaycan nümayəndələrinin seçkilərin monitorinqində iştirak edəcəyinə ümid etdiyini bildirib.

Federasiya Şurasının məlumatına görə, görüşdə Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri və ikitərəfli gündəlikdəki məsələlər müzakirə olunub.

Yatskin Rusiya və Azərbaycan prezidentlərinin müəyyən etdiyi dövlətlərarası münasibətlər gündəliyinin parlamentlər tərəfindən konstruktiv məzmunla zənginləşdirilməsinin vacibliyini vurğulayıb.

Mustafayev isə Bakı ilə Moskva arasında münasibətlərin müsbət mərhələdə olduğunu və parlamentlərarası əlaqələrin dövlətlərarası əməkdaşlığın mühüm elementi sayıldığını bildirib.

Rusiya Dövlət Dumasına 9-cu çağırış deputat seçkilərinin 18-20 sentyabr 2026-cı ildə keçirilməsi planlaşdırılır. Seçkilərdə 450 deputat seçiləcək.

Azərbaycan MDB üzvü kimi təşkilatın xətti ilə seçkilərin müşahidəsində iştirak edir.

Azərbaycan deputatları əvvəlki illərdə də Rusiya Dövlət Dumasına seçkilərin monitorinqində iştirak ediblər. 2021-ci ildə Mixail Zabelin, Nizami Səfərov, Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov, 2016-cı ildə isə Rüfət Quliyev müşahidəçi kimi Rusiyada olublar.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol