• $
  • £

İşğaldan azad olunmuş ərazilərdə buraxılış imtahanı: 105 şagird iştirak edib

İşğaldan azad olunmuş ərazilərdə buraxılış imtahanı: 105 şagird iştirak edib
15.03.2026 19:00

Martın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunmuş Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər və Ağdam rayon və şəhərlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanlarda ümumilikdə 105 şagirdin iştirakı nəzərdə tutulub.

DİM-in Bərdə regional bölməsinin məlumatına görə, imtahanlar 6 məktəb binasında – Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbində təşkil olunub.

İmtahan prosesinə 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 8 zal nəzarətçisi cəlb edilib. İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib.

Məlumata görə, imtahanlar təlimata uyğun şəkildə keçirilib və şagirdlərin biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində buraxılış imtahanları bu il ilk dəfə təşkil olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
Cəmiyyət 11:12
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
Cəmiyyət 10:57
Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Cəmiyyət 10:36
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol