• $
  • £

İrandan Azərbaycana daha 6 nəfər təxliyə olunub

İrandan Azərbaycana daha 6 nəfər təxliyə olunub
15.03.2026 15:03

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.

Bu gün saat 09:00-dan 14:00-dək olan müddətdə Çin (1 nəfər) və Azərbaycan (5 nəfər) vətəndaşları sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olublar.

Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.

Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
Cəmiyyət 11:12
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
Cəmiyyət 10:57
Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Cəmiyyət 10:36
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol