• $
  • £

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi


Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi
15.03.2026 15:24

“Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsü uğurla tamamlanıb

Azercell uşaqların inkişafına dəstək vermək məqsədilə “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı sosial təşəbbüs həyata keçirib. Proqram xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarını inkişaf etdirməyi və onların cəmiyyətə daha asan inteqrasiyasını təmin etməyi hədəfləyib.

Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində icra olunub. 

Üç ay davam edən proqram sosial bacarıqların inkişafı, özünüifadə və yaradıcı düşüncənin təşviqi, eləcə də rəqəmsal savadlılıq və onlayn təhlükəsizlik kimi mövzuları əhatə edib. Bundan əlavə, iştirakçılara piyada təhlükəsizliyi və ilkin tibbi yardım üzrə praktiki biliklər təqdim olunub. Təlimlər Azercell-in müvafiq sahələr üzrə mütəxəssisləri və Çikaqo Universitetinin layihə koordinatoru Gülsüm Məmmədova tərəfindən keçirilib.

Qeyd edək ki, layihə Azercell-in uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsinə və praktiki bacarıqların inkişafına yönəlmiş sosial təşəbbüslər çərçivəsində reallaşdırılıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
Cəmiyyət 11:12
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir

Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
Cəmiyyət 10:57
Azərbaycanın bacarıq ekosistemi gücləndirilir-Alison İqlşem
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Cəmiyyət 10:36
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol