• $
  • £

İlham Əliyev Tokayevi təbrik edib

İlham Əliyev Tokayevi təbrik edib
16.03.2026 16:23

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkədə yeni Konstitusiya üzrə referendumun uğurla başa çatması münasibətilə təbrik məktubu göndərib.


Dövlət başçısı məktubunda Tokayevi və onun simasında qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edib.


Prezident bildirib ki, referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu Qazaxıstan xalqının birliyinin və milli iradəsinin bariz ifadəsi, həmçinin Tokayevə olan böyük etimadın göstəricisidir.
İlham Əliyev qeyd edib ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyacaq, ölkənin hərtərəfli inkişafına töhfə verəcək və beynəlxalq müstəvidə rolunu daha da gücləndirəcək.


Dövlət başçısı vurğulayıb ki, ortaq tarixə və zəngin mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlıq və müttəfiqlik bundan sonra da birgə səylərlə inkişaf edəcək.


Prezident Tokayevə ali dövləti fəaliyyətində yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol