• $
  • €
  • ₽
  • ₺
  • £

The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb

The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
18.03.2026 15:03

Britaniyanın nüfuzlu The Guardian qəzeti yazır ki, İranın nüvə proqramı üzrə danışıqlar gözləniləndən daha irəliləmiş olsa da, proses ABŞ tərəfinin hazırlıqsızlığı və siyasi qərarları səbəbindən nəticəsiz qalıb.

Qəzetin məlumatına görə, danışıqlar zamanı qeyri-adi epizodlardan biri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun İranın xarici işlər naziri Abbas Əraqçiyə USS Abraham Lincoln gəmisinə baş çəkməyi təklif etməsi olub. Bildirilir ki, təklifdə Cared Kuşnerin də iştirakının nəzərdə tutulması İran tərəfi tərəfindən qeyri-ciddi və təxribat xarakterli qəbul edilib.

Mənbələr iddia edir ki, ABŞ nümayəndə heyəti danışıqlara kifayət qədər hazırlıqla qatılmayıb, protokol qaydalarına əməl olunmayıb və nümayəndənin regionla bağlı bilikləri məhdud olub.

Buna baxmayaraq, tərəflərin bir sıra məsələlər üzrə ilkin razılığa yaxınlaşdığı bildirilir. Qəzetin yazdığına görə, müzakirələr çərçivəsində sanksiyaların böyük hissəsinin ləğvi, İranın uranı 3–5 il müddətinə zənginləşdirməsinə moratorium qoyulması və MAQATE nəzarətinin bərpası kimi məsələlər razılaşdırılıb.

Əsas fikir ayrılığı İranın gələcəkdə uran zənginləşdirmək hüququ ilə bağlı yaranıb. Tehran 3–5 illik fasilə təklif etsə də, ABŞ prezidenti Donald Trampla məsləhətləşmədən sonra Vaşinqton bu müddətin 10 ilə qədər uzadılmasını tələb edib.

Vasitəçi rolunu oynayan Oman tərəflərə razılıq üçün əlavə vaxt lazım olduğunu bildirsə də, qısa müddət sonra hərbi əməliyyatların başladığı qeyd olunur.

Qəzetə danışan Körfəz diplomatlarından biri bildirib ki, ABŞ nümayəndələri prosesdə İsrailə yaxın mövqedən çıxış edərək qərarların sərtləşməsinə təsir göstəriblər. Nəticədə, mənbələrin fikrincə, danışıqlar obyektiv səbəblərdən deyil, siyasi qərarlar səbəbindən baş tutmayıb.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Dünya 13:56
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
İspaniyada üçgünlük matəm elan olunub
Dünya 18:26
İspaniyada üçgünlük matəm elan olunub
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Dünya 18:04
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
İspaniyada sürət qatarları toqquşdu -46 ölü
Dünya 14:44
İspaniyada sürət qatarları toqquşdu -46 ölü

Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb
Dünya 11:05
Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb

Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Dünya 10:15
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Dünya 09:28
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol