Azərbaycan nefti bahalaşıb
Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,2 ABŞ dolları və ya 0,16 % artaraq 122,9 ABŞ dolları olub.
Hərraclarda Brent markalı neftin may fyuçersləri 116,94 ABŞ dolları səviyyəsində formalaşıb. Türkiyənin Ceyhan limanı bazasında FOB şərtləri üzrə “Azeri Light”ın bir bareli isə 0,49 ABŞ dolları və ya 0,41 % azalaraq 118,29 ABŞ dolları olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərdə tutulub. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Neft Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda hasil edilir. Hasilat müqaviləsinə görə, SOCAR-ın payı 31,65 % təşkil edir.
Son xəbərlər
Daha çox