ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
ABŞ İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna, lakin ağır yaralandığına inanır. Bunu ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.
"Bilmirik. Düşünürük ki, o, yəqin ki, sağdır, amma vəziyyəti çox pisdir", - Tramp deyib.
Martın 12-də The Sun qəzeti Tehrandakı mənbəyə istinadən Müctəba Xameneinin hava hücumunda ağır yaralandığını və hazırda komada olduğunu bildirib. Qəzetin məlumatına görə, İranın ali lideri bir və ya hər iki ayağını itirib. Onun həmçinin qaraciyəri və mədəsi zədələnib. The Sun qəzeti Müctəba Xameneinin Tehranın tarixi rayonundakı Sina xəstəxanasının reanimasiya şöbəsində olduğunu dəqiqləşdirib. Nəşrin iddiasına görə, binanın bir hissəsi mühasirəyə alınıb və ciddi şəkildə mühafizə olunub.
İki gün sonra İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneinin ağır yaralanması ilə bağlı xəbərləri təkzib etdi . O, Ali Liderin öz vəzifələrini yerinə yetirdiyini və yaxşı olduğunu söyləyib.
Aytac