Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası ilə bağlı kompleks tədbirlər planı hazırlanıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin qiymətləndirilməsi aparılıb:
"Qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb. Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək".