• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

Kliçko Kiyev əhalisini təcili şəkildə meydana gəlməyə səslədi

Kliçko Kiyev əhalisini təcili şəkildə meydana gəlməyə səslədi
29.05.2020 05:41
 Ukrayna müxalifətinin liderlərindən biri, UDAR Partiyasının lideri Vitali Kliçko Kiyev əhalisini dərhal Müstəqillik Meydanına gəlməyə çağırıb.APA-nın “Censor.net” saytına istinadən verdiyi məlumata görə, V. Kliçko bildirib ki, meydanın daxili qoşunlar tərəfindən mühasirəyə alınması psixoloji təzyiqdir: “Hakimiyyət psixoloji təzyiq göstərərək bizi qorxutmağa çalışır. Lakin insanlar getməyə hazırlaşmır və burada dayanmağa davam edəcəklər. Biz hər kəsi təcili şəkildə meydana gəlməyə çağırırıq. Biz burda nə qədər çox olsaq, hakimiyyətin planını o qədər tez puça çıxararıq”.   Digər müxalifət lideri, Ukrayna millətçilərinin “Svoboda” Partiyasının rəhbəri Oleq Tyaqnibok isə Kiyevdəki aksiya iştirakçılarını panikaya düşməməyə çağırıb. Onun fikrincə, cəlb olunan daxili qoşun bölmələri aksiyanı yatırmaq üçün yetərli deyil: “Mən indicə bütün blok-postlarımızı gəzdim. Barrikadalar etibarlıdır. Bu miqdarda milislə onlar heç nə edə bilməz. Hazırda Kiyevdə xeyli beynəlxalq müşahidəçi var, hakimiyyət güc tətbiqinə getməz”. O. Tyaqnibok müxalifəti qorxutmaq məqsədilə daxili qoşun bölmələrinin şəhər mərkəzinə yeridildiyini söyləyib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan və Aİ ilə vizaların liberallaşdırılmasına doğru irəliləyir
Dünya 10:42
Ermənistan və Aİ ilə vizaların liberallaşdırılmasına doğru irəliləyir
Aİ Rusiya ilə əlaqələr səbəbindən Türkiyə banklarına təzyiqi gücləndirə bilər
Dünya 09:45
Aİ Rusiya ilə əlaqələr səbəbindən Türkiyə banklarına təzyiqi gücləndirə bilər
Türkiyədə 6,1 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Dünya 00:24
Türkiyədə 6,1 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Çexiyada yük maşını ilə toqquşan qatar relsdən çıxıb
Dünya 23:42
Çexiyada yük maşını ilə toqquşan qatar relsdən çıxıb
Moskvaya növbəti dəfə PUA hücumu olub
Dünya 23:39
Moskvaya növbəti dəfə PUA hücumu olub
Türkiyə və İngiltərə "Eurofighter" qırıcıları ilə bağlı müqavilə imzaladılar
Dünya 22:18
Türkiyə və İngiltərə "Eurofighter" qırıcıları ilə bağlı müqavilə imzaladılar
92 yaşlı Paul Biya yenidən Kamerun Prezidenti seçilib
Dünya 21:54
92 yaşlı Paul Biya yenidən Kamerun Prezidenti seçilib
İsraildə fövqəladə vəziyyət ləğv edilib
Dünya 21:50
İsraildə fövqəladə vəziyyət ləğv edilib
Roma Papası Türkiyəyə səfər edəcək
Dünya 21:30
Roma Papası Türkiyəyə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol