Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Bu barədə XİN-dən məlumat verilib.
Danışıqlara Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya tərəfdən isə XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Niklas Vaqner rəhbərlik edib.
Tərəflər siyasi dialoqun vəziyyətini və iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı müzakirə ediblər, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycanın iştirak etdiyi enerji və nəqliyyat layihələri, eləcə də hüquqi baza üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək və regional vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.
Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və minatəmizləmə işləri barədə məlumat verib.
Son xəbərlər
Daha çox