• $
  • £

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib

İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
18.04.2026 19:50

Təxminən 50 gün əvvəl İrana qarşı başlayan müharibə nəticəsində hasil olunmayan neftə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib və böhranın nəticələri aylarla, hətta illərlə hiss olunacaq.

Analitiklərin hesablamaları və “Reuters” agentliyinin məlumatları bunu göstərir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Livanda əldə olunmuş atəşkəs razılaşmasından sonra Hörmüz boğazı açıqdır. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp isə İranla müharibənin dayandırılması barədə razılaşmanın “yaxın vaxtlarda” əldə olunacağını düşündüyünü deyib, lakin konkret müddətlər hələ məlum deyil.

“Kpler” şirkətinin məlumatına görə, fevralın sonundan başlayan böhran dövründə dünya bazarından 500 milyon bareldən çox neft və kondensat çıxarılıb. Bu, müasir tarixdə enerji təchizatında ən böyük pozuntudur.

“Wood Mackenzie” şirkətinin baş analitiki İen Moyat bildirib ki, bazardan 500 milyon barel neftin çıxması qlobal miqyasda aviasiya daşımalarına tələbatın 10 həftə azalmasına, bütün dünyada avtomobil səfərlərinin 11 gün tam dayandırılmasına və qlobal iqtisadiyyata neft tədarükünün 5 gün ərzində olmamasına bərabərdir.

“Reuters”in qiymətləndirmələrinə görə, bu həcm ABŞ-də təxminən 1 aylıq, Avropada isə 1 aydan çox müddət üçün neft tələbatını ödəməyə kifayət edir.

500 milyon barel neft 2021-ci maliyyə ilindən başlayaraq illik təxminən 80 milyon barel istehlak əsasında hesablandıqda, ABŞ hərbi qüvvələrinin təxminən 6 illik yanacaq istehlakı həcminə bərabərdir. Bu, dünya üzrə beynəlxalq gəmiçilik sahəsinin təxminən 4 ay işləməsi üçün kifayət edən yanacaq həcmidir.

İranın xarici işlər naziri Hörmüz boğazının açıldığını bəyan etsə də, hasilatın və tədarük axınlarının bərpasının ləng olacağı gözlənilir.

“Kpler” şirkətinin məlumatına görə, aprelin əvvəlindən etibarən quruda qlobal neft ehtiyatları təxminən 45 milyon barel azalıb. Martın sonundan bəri tədarük pozuntusunun həcmi sutkada təxminən 12 milyon barelə çatıb. Küveyt və İraqdakı neft yataqlarının normal fəaliyyət səviyyəsinə qayıtması üçün 4-5 ay tələb oluna bilər ki, bunun da bütün yay boyunca ehtiyatların tükənməsinin davam etməsinə səbəb olması mümkündür. Neft emalı güclərinin və Qətərin Ras-Laffan şəhərində yerləşən mayeləşdirilmiş təbii qaz kompleksinin zədələnməsi regionun enerji infrastrukturunun tam bərpasının illər çəkə biləcəyini göstərir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa Komissiyası Macarıstan üçün 4,2 milyard avronun dondurulmuş vəsaitdən ayrılmasını təklif edib
Dünya 14:43
Avropa Komissiyası Macarıstan üçün 4,2 milyard avronun dondurulmuş vəsaitdən ayrılmasını təklif edib
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
Dünya 13:20
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol