• $
  • €
  • ₽
  • ₺
  • £

Mansur Yavaş CHP-dən istefa verib

Mansur Yavaş CHP-dən istefa verib
23.09.2026 15:25

 

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.

Yavaş açıqlamasında bildirib ki, bu gün səsləndirilən bəzi fikirlərə görə CHP üzvlüyündən ayrılıb və siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcək.

“Bu gün edilən bəzi açıqlamalar səbəbilə Cümhuriyyət Xalq Partiyasına üzvlüyümdən ayrılır, siyasi yoluma müstəqil olaraq davam etdiyimi ictimaiyyətin diqqətinə çatdırıram”, - Yavaş deyib.

Onun sözlərindən əvvəl CHP sözçüsü Müslim Sarı jurnalistlərlə görüşündə partiyanın institusional kimliyinə zərər vuran şəxslərin CHP-də qala bilməyəcəyini bildirib.

Jurnalistlərin bu fikirlərin Yavaşa aid olub-olmadığı ilə bağlı sualına Sarı “Yavaşı nəzərdə tutmadım, amma heç kim bundan kənarda deyil. Heç kim CHP-dən üstün deyil” cavabını verib.

Yavaş sentyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Beştəpədə görüşündən sonra da siyasi mövqeyi ilə bağlı açıqlama vermişdi. O, görüş zamanı Ankaranın problemlərinin müzakirə edildiyini bildirib və siyasi gərginliyi artırmaq deyil, azaltmaq məqsədi daşıdığını söyləyib.

Yavaş həmçinin CHP və Yeni Partiya rəhbərliyinin bu mövqeyindən narahat olması halında “lazım olanı etməkdən çəkinməyəcəyini” açıqlamışdı.

Aytac Zeynalova 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol