• $
  • £

Yelo Bank inklüziv şəhər və qadın sahibkarlığı mövzusunda beynəlxalq tədbirə ev sahibliyi edib

Yelo Bank inklüziv şəhər və qadın sahibkarlığı mövzusunda beynəlxalq tədbirə ev sahibliyi edib
15.05.2026 09:47

Bu həftə Yelo Bank-ın Baş Ofisi Bakı Urban Həftəsinin kreativ və maraqlı dayanacaqlarından birinə çevrildi. WUF13 (Ümumdünya Urban Forumu) ərəfəsində Bank-ın dəstəyi və Resource HUB platforması ilə tərəfdaşlıq çərçivəsində “Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi” adlı tədbir keçirilib. Bu tədbir özəl sektor nümayəndələrini, ABŞ, Almaniya, İtaliya kimi ölkələrdən beynəlxalq ekspertləri və iş dünyasının liderlərini bir araya gətirib.

Tədbirin rəngarəng hissəsi olan “Qadınların İcma Bazarı” qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Yelo Bank-ın Müşahidə Şurasının sədri Marina Kulişova və Bank rəhbərliyi sərgi ilə yaxından tanış olaraq, Azərbaycanın müxtəlif regionlarından gələn sahibkar xanımların təqdim etdiyi eko-məhsullarla maraqlanıb, onların uğurlu biznes hekayələrini dinləyiblər.

Günün davamında keçirilən beynəlxalq panel müzakirəsində Yelo Bank-ın Mikro biznes müştəriləri üzrə icraçı direktoru Yaşar Soltanov da çıxış edərək, maliyyə institutlarının dayanıqlı şəhər inkişafındakı rolundan bəhs edib. O, Bankın sahibkar xanımlar üçün təklif etdiyi rəqəmsal maliyyə həllərinin inklüziv ekosistemin qurulmasına verdiyi töhfələri vurğulayıb.

Qadınların gücü və yaradıcı potensialı şəhərlərimizin, eləcə də cəmiyyətimizin gələcəyini formalaşdıran əsas qüvvədir. Yelo Bank hər bir xanımın öz biznes hekayəsini yazması və liderlik ambisiyalarını reallaşdırması üçün bərabər imkanlar yaratmağa davam edəcək.

Qadin sahibkarlara destek krediti axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol