• $
  • £

WUF13 Expo tarixinin ən böyük sərgisi kimi açılıb - Anar Quliyev

WUF13 Expo tarixinin ən böyük sərgisi kimi açılıb - Anar Quliyev
18.05.2026 10:20

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sərgisi tarixində ən böyük Expo kimi açılıb. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sərgidə 85 ölkədən 260 iştirakçı 122 stend və pavilyonda təmsil olunur. İştirakçıların ən böyük hissəsini 136 nümayəndə ilə vətəndaş cəmiyyəti təşkilatları təşkil edir.

Bundan başqa, 15 akademik və tədqiqat qurumu, 44 özəl sektor pavilyonu, 41 ölkə pavilyonu, 10 dövlət sektoru şirkəti, həmçinin yerli və regional idarəetmə qurumları Expo-da iştirak edir.

Anar Rzayev qeyd edib ki, özəl sektorun WUF13-də iştirakı əvvəlki forumlarla müqayisədə daha fəaldır.

“World Urban Forum və onun Expo sərgisi bu günlər ərzində çox dinamik platforma olacaq. Artıq buna böyük marağı və çoxsaylı iştirakçıları görürük,” - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan pavilyonu ölkənin tarixi irsini və şəhərlərin Yeni Şəhər Gündəliyinə uyğun transformasiyası istiqamətində görülən işləri nümayiş etdirir.
Sonda Bakı sakinləri və şəhər qonaqları sərgiyə dəvət olunub. Bildirilib ki, forumda iştirak açıq və ödənişsizdir, qeydiyyat isə onlayn həyata keçirilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:09
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq
Cəmiyyət 14:47
Borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol