• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycanla 15 milyardlıq ticarət dövriyyəsi hədəfinə tezliklə çatmağı planlaşdırır - nazir

Türkiyə Azərbaycanla 15 milyardlıq ticarət dövriyyəsi hədəfinə tezliklə çatmağı planlaşdırır - nazir
15.09.2026 14:41


Türkiyə və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini ən qısa müddətdə 15 milyard dollara çatdırmaq üçün fəaliyyətlərini davam etdirirlər. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi Bakıda bildirib.


“Qarşılıqlı investisiyalarımız, ortaq layihələrimiz və ticarət dövriyyəmiz hər il artır. Prezidentlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız çalışır”, - Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.


O bildirib ki, enerji, nəqliyyat və bağlantı sahələrində əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin strateji istiqamətlərindəndir.


Fidanın sözlərinə görə, Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Dəhlizin mühüm tərkib hissəsi hesab edir və marşrutdan daha səmərəli istifadə olunmasını istəyir.


Nazir, həmçinin iki ölkənin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu əməkdaşlığa birgə hərbi təlimlər, təhsil və təcrübə mübadiləsi, eləcə də müdafiə sənayesi müəssisələri arasında tərəfdaşlıq daxildir.
Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayaraq, prosesin tamamlanmasının Cənubi Qafqazda yeni əməkdaşlıq dövrü yaradacağına ümid etdiyini deyib.


“Cənubi Qafqazın münaqişələrlə deyil, sülh, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişafla xatırlanmasını istəyirik”, - o bildirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol