• $
  • £

Rathore: Pakistan plansız urbanizasiya və ekoloji problemlərlə üzləşir

Rathore: Pakistan plansız urbanizasiya və ekoloji problemlərlə üzləşir
18.05.2026 11:00

Pakistan ekoloji deqradasiya, planlaşdırılmamış urbanizasiya və əlverişli mənzil çatışmazlığı kimi ciddi problemlərlə üzləşir.Bunu Pakistan Gənclər Təşkilatının prezidenti Sana Ullah Rathore Bakıda keçirilən WUF13- Forumunda bildirib.


Onun sözlərinə görə, ölkədə sürətli və plansız şəhər genişlənməsi ekoloji problemləri daha da dərinləşdirir, nəqliyyat infrastrukturu isə artan əhali yükünə cavab vermir.

Rathore xüsusilə Gucranvala şəhərindəki vəziyyətə diqqət çəkib.

O bildirib ki, “güləşçilər şəhəri” kimi tanınan Gucranvalanın əhalisi 5 milyondan çoxdur və şəhər mənzil, nəqliyyat və şəhər xidmətləri sahəsində ciddi təzyiqlərlə qarşılaşır.

“Gucranvala Olimpiya Oyunları, Asiya Oyunları və digər beynəlxalq yarışlarda medal qazanan çoxsaylı idmançılar yetişdirib”, - o qeyd edib.

Pakistan Gənclər Təşkilatının prezidenti bildirib ki, təşkilat davamlı şəhər inkişafı və iqlim fəaliyyəti istiqamətində gənclərin iştirakı ilə müxtəlif təşəbbüslər həyata keçirir.

Onun sözlərinə görə, layihələr ətraf mühitin qorunması, iqlim dəyişikliklərinə qarşı mübarizə, ictimai maarifləndirmə və daha inklüziv şəhər planlaşdırılmasının təşviqinə yönəlib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Cəmiyyət 10:09
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol