• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkiyə geosiyasi risklər fonunda addımlarını koordinasiya etməlidir - deputat

Azərbaycan və Türkiyə geosiyasi risklər fonunda addımlarını koordinasiya etməlidir - deputat
15.09.2026 11:51

Azərbaycan və Türkiyə regionda artan geosiyasi və təhlükəsizlik riskləri fonunda öz addımlarını maksimum dərəcədə koordinasiya etməlidir. Bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə bazar ertəsi Bakıda bildirib.


“Dünyada iki böyük müharibə – Rusiya-Ukrayna və Yaxın Şərq müharibələri davam edir. Hər ikisi Azərbaycan və Türkiyəyə yaxın regionlarda baş verir”, – İsmayılzadə “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panelində deyib.


Onun sözlərinə görə, münaqişələr fonunda yeni geosiyasi düzənin və təhlükəsizlik arxitekturasının necə formalaşacağı hələ aydın deyil və bu proses həm Azərbaycan, həm də Türkiyə üçün yeni risklər yaradır.


İsmayılzadə bildirib ki, Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkənin təhlükəsizliyini bir-biri ilə sıx əlaqələndirir.


Deputat əlavə edib ki, qlobal dəyişikliklər risklərlə yanaşı, Türkiyə üçün yeni imkanlar da açır. O, Türkiyə ilə Pakistan arasında əməkdaşlığın genişlənməsini və Yaxın Şərqdə yeni ittifaqların yaranmasını buna nümunə göstərib.


İsmayılzadənin sözlərinə görə, Hörmüz boğazı ətrafındakı proseslər enerji marşrutlarının dəyişməsinə səbəb ola və bəzi ərəb ölkələrinin neft kəmərlərini Türkiyə üzərindən çəkməsinə imkan yarada bilər.


“Ümid edirəm ki, Azərbaycan və Türkiyə bu yeni geosiyasi proseslərdən daha güclü çıxacaq”, – o deyib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:06
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol