• $
  • £

UN-Habitat: Dünyada 1 milyarddan çox insan ağır yaşayış şəraitində yaşayır

UN-Habitat: Dünyada 1 milyarddan çox insan ağır yaşayış şəraitində yaşayır
18.05.2026 13:28

Dünya iqlim böhranı, münaqişələr, məcburi köç və sosial bərabərsizliklər fonunda sürətlə urbanizasiya dövrünə daxil olur və bu şəraitdə hər kəs üçün əlçatan mənzil təminatı əsas qlobal çağırışlardan birinə çevrilib. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) açılışında çıxış edən Rossbax qeyd edib ki, hazırda dünyada bir milyarddan çox insan su, sanitariya, elektrik enerjisi, təhsil və layiqli iş imkanlarına məhdud çıxışı olan ağır şəraitdə yaşayır.

“Bu, insanların böyük əksəriyyətinin yaxın gələcəkdə şəhərlərdə yaşayacağı bir dünyadır. Gənclərin, yaşlıların, miqrantların və aztəminatlı insanların yaşamağa çətinlik çəkdiyi şəhərlərdən danışırıq”, – o deyib.

UN-Habitat rəhbəri vurğulayıb ki, şəhərlərdə sosial parçalanma dərinləşir, daha çox insan küçələrdə və qeyri-rəsmi yaşayış məntəqələrində yaşamağa məcbur olur.

Rossbax bildirib ki, Bakıda keçirilən forum məhz bu problemlərin həlli yollarını müzakirə etmək üçün mühüm platformadır.

“Bu qeyri-müəyyənlik, sabitsizlik və dağıntılar dövründə əsas sual budur: adekvat mənzil hamı üçün necə əlçatan edilə bilər?” -deyə o əlavə edib.

O, son günlər Azərbaycanda müşahidə olunan güclü yağış və qasırğalara baxmayaraq forum iştirakçılarının həmrəylik nümayiş etdirdiyini və tədbirin uğurla davam etdiyini qeyd edib.

“Şəhərlərin də ehtiyacı olan məhz budur – dayanıqlıq, qətiyyət və ortaq məqsəd hissi”, – Rossbax bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Cəmiyyət 10:09
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol