• $
  • £

Mayın 26-dan Gürcüstana qatarla getmək olacaq - RƏSMİ

Mayın 26-dan Gürcüstana qatarla getmək olacaq - RƏSMİ
19.05.2026 10:22

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və nəqliyyat bağlantıları sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra sənədlər imzalayıb.

Sənədlər mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə imzalanıb. Kobaxidze Azərbaycana WUF13-də iştirak etmək üçün səfər edib.

Sazişlər Gürcüstana təbii qaz və elektrik enerjisinin tədarükünü, Azərbaycan qazının beynəlxalq bazarlara əlavə həcmlərdə çıxarılması üçün tranzit razılaşmalarının davam etdirilməsini, həmçinin Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisinin tranzitini əhatə edir.

Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin başa çatmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolunu da imzalayıb.

Protokola əsasən, müvafiq dəmir yolu infrastrukturu BTKI Dəmir Yolları MMC birgə müəssisəsinə ötürüləcək.

Tərəflər həmçinin mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Cəmiyyət 10:09
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol